Siyasət

Koçaryandan daha bir İDDİA: İl yarımdan sonra...

29 İyun 2021 22:24
0 Şərh     Baxış: 2 899

"Hakimiyyət mövcud kursuna davam edərsə, il yarımdan sonra yenidən erkən parlament seçkiləri keçiriləcək".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.

"Ermənistan" blokunun lideri bildirib ki, erkən seçkilər siyasi böhrandan çıxmaq üçü keçirilir. Amma bu, Ermənistanda baş vermədi:

"Bu, niyə məğlub olduğumuz, beş min insanın niyə öldüyü, Şuşa və Hadrutun necə itirildiyi suallarına cavab almayacağımız deməkdir."

"Mövcud şəraitdə hakimiyyət ya siyasi repressiya və təqibləri davam etdirəcək, ya da nəticə çıxaracaq və iş üslublarını kökündən dəyişdirəcəklər. Ancaq onlar artıq ilk yolu seçdilər və bu, erkən seçkilərə yol açır", deyə Robert Koçaryan bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.