Fransa ordusu Azərbaycanla sərhəddə yerləşdirilə bilər? - Moskvadan ŞƏRH
"Ermənistan-Azərbaycan müharibəsi lokal etnoərazi tipli müharibə sayılır, amma Ermənistan bu müharibəni qloballaşdırmağa meyllidir, müharibə dövründə də belə idi, sonra da".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Moskva regiona fransız yaxud amerikalıların gəlişinə öz veto hüququndan istifadə etməklə mane ola bilər:
"Müharibə dövründə düşmən təbliğatda "hiperbollaşdırma" fəndindən istifadə etməklə Qarabağda Azərbaycan tərəfdən əcnəbi qüvələrin vuruşduğunu iddia edirdi. Məqsəd regiona beynəlxalaq terrora həssas olan Avropanın cəlb etmək idi. Amma Paşinyan bu məkrin öhdəsindən gələ bilmədi.
Sərhəd olayı ilə bağlı əvvəlcə Rusiyaya, sonra KTMT-yə müraciət etdi və rədd cavabı aldıqdan sonra BMT-nin Təhlükəsizli Şurası ilə manipulyasiya edir. Əvvəla BMT-nin Təhlükəsizlik Şurası biri-birinə ziddiyyətli mövqedə olan dövlətlərin klubudur, odur ki, Paşinyanın mümkün müraciətinin nəticəsiz qalacağını ehtimal edirəm. Unutmayaq ki, Rusiya BMT TŞ-nın üzvüdür və Moskva regiona fransız yaxud amerikalıların gəlişinə öz veto hüququndan istifadə etməklə maneə olacaq. İngiltərə də bu məsələdə təkrarən Azərbaycanın yanında olacaq. Xatırlayırsınızsa, müharibə dövründə BMT TŞ-nın Azərbaycanın maraqlarına zidd olan bəyanatının qarşısını İngiltərə almışdı. Ermənistan üçün durumu çətinləşdirən həm də Ermənistanda Rusiya hərbi bazasının olmasıdır və həmin bazanın artıq ölkənin şərqində də postlar qurmasıdır. Fransız və amerikanların gəlməsi Ermənistanın KTMT-dən imtinası kimi qəbul ediləcək və çox dumanlı görünən bu perspektiv Ermənistanda rusiyayönümlülərlə qərbyönümlülər arasında vətəndaş müharibəsinə və hətta ölkənin sektorlara bölünməsinə səbəb ola bilər.
Ermənistan, İraq, Əfqanıstan, Yuqoslaviya qədər uzaq deyil ki, Rusiyada BMT resursundan istifadə edən ABŞ yaxud Fransaya Qafqaza yaxınlaşmağa imkan versin. Kollektiv Qərb Qafqaza ən şanslı dövründə yaxınlaşamağa cəhd etmədi, söhbət 2008-ci ildə baş verən 6 günlük Gürcüstan - Rusiya müharibəsindən gedir. Yekun olaraq deməliyəm ki, Paşinyanın BMT gündəmi populist siyasətçinin təbliğat mövzusudur ki, gerçəkləşəcəyini görmürəm".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb





