Siyasət

ABŞ region üçün hansı "sürprizi" hazırlayır? - İrina Tsukermandan ÖZƏL AÇIQLAMA

30 Aprel 2021 12:31
Baxış: 1 230

"44 günlük müharibə zamanı varlığı-yoxluğu bilinməyən ABŞ-ın birdən-birə regionda fəallaşmasının bir neçə səbəbi var".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı analitik bildirib ki, ABŞ JCPOA-ya mane olan ölkələrə təzyiq göstərəcək:

"Birincisi, erməni lobbistləri tərəfindən erməni soyqırımının tanınmasının əsl səbəblərindən biri, erməni lobbisinin Co Baydenə seçkilərdəki dəstəyinin geri qaytarılmasıdır. İkincisi, ABŞ rəhbərliyinin Türkiyə ilə problemləri var. Bu səbəbdən bu gərginliyi Türkiyənin qonşuları ilə müttəfiqlik üzərində öz xeyirlərinə çevirirlər. Üçüncüsü, İran məsələsidir. Ermənistan və Əsəd hər ikisi İranın müttəfiqi kimi tanınır. Amerika rəhbərliyin əsas istəyi, ən qısa müddətdə JCPOA-ya (Birgə Hərtərəfli Fəaliyyət Planı) qayıtmağı təmin etməkdir, Buna görə buna potensial olaraq mane olmağa çalışan ölkələrə az da olsa təzyiq göstərəcəklər.

Ən nəhayət, bu, gerçək müqavitmət olmadığı şəraitdə qabaqlayıcı tədbirləri nümayiş etdirmək və ABŞ-ın hakimiyyət dairələrini gərəkli addımları atmağa sövq etmık imkanıdır. Məsələn, Çində uyğurlarını soyqırımını tanımaq və ya İranın müxtəlif əməllərinə qarşı Birləşmiş Ştatların effektiv müqavimət göstərməmək niyyətindən vaz keçməyə meylləndirmək kimi".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.