TƏBİB stomatoloqlara xəbərdarlıq etdi - Tədbir görüləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz stomatoloqlara işin keyfiyyətinin artırılması məqsədilə ciddi islahatlar keçirmələri üçün xəbərdarlıq etdik".
Milli.Az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, ilin əvvəlindən bu prosesin təhlilləri həyata keçirilib:
"Bu, biz tərəfdən verilən boş bir tələb deyildi. Stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar mövcud idi. O vaxtdan bu günə qədər bütün ölkə üzrə stomatoloqların fəaliyyəti dəyərləndirilib. Kifayət qədər vaxt keçib və aşkar etdiyimiz odur ki, ölkədə elə tibb müəssisələri var ki, orada stomatoloqa bir il ərzində bir nəfər belə müraciət etməyib. Yəni vətəndaşlar bu xidmətdən məmnun deyillər. Bizim siyahımızda olan stomatoloqlara il ərzində rəsmi olaraq vətəndaşın müraciəti yoxdur".
O vurğulayıb ki, vacib olan vətəndaşların aldığı tibbi xidmətdən məmnunluğu, xidmətin keyfiyyəti və fəsadsız olmasıdır:
"TƏBİB ciddi islahatlar həyata keçirəcək. Gələcək dövrlərdə həmin stomatoloqlarla bağlı araşdırmalar davam edəcək. Nəinki stomatoloqlar, ölkədə digər həkimlərin fəaliyyəti də qiymətləndirilir. Fəaliyyətləri ilə bağlı son nəticələr açıqlanacaq".
Həmçinin qeyd olunub ki, regionlarda bəzi stomatoloqlara ştatların ləğv olunması və fəaliyyət göstərdiyi dörddə bir ştatların ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib və bu tədbirlər qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir.
Qeyd edək ki, sosial mediada TƏBİB tabeli tibb müəssisələrində işləyən stomatoloqlar onlara işdən çıxmaq üçün 9 həftə vaxt verildiyi barədə şikayətlər yayıblar.
Mina Mikayılova
Milli.Az
XƏBƏR LENTİ
-
Əməkdar artist: "Gəlin niyə mənə çay gətirməlidir?"
-
Kim Çen In Rusiya-Ukrayna müharibəsinin milyardlar qazanır
-
Xalq artisti özündən gözəl qızı ilə - (Fotolar)
-
Çin buna görə sürətlə inkişaf edib - (Video)
-
Ayrıldıqdan 8 ay sonra yeni sevgili tapdı - (Foto)
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Bıçağın ucunda əlavə edin bəsdir, mürəbbəniz şəkərlənməyəcək
-
Pul qapıları açılır: Bu 4 bürc maddi rahatlığa qovuşacaq
-
Rəqsanənin əri ilə paylaşımı diqqət çəkdi - (Foto)
-
Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)
-
“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif edəcək
-
Üç bürc üçün şanslı həftə
-
Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər
-
Sindi Kroufordun qızı: "Cinlər məni təqib edirdi"
-
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
-
Kamilə Babayevaya ağır itki
-
Şahruddin keçmiş klubuna qayıda bilər
-
Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl (Foto)
-
“Qarabağ” çempionata qələbə ilə başladı
-
“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
-
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək
-
Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı - (Yenilənib)
-
Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi
-
Müğənni Zeynəb ərə getdi - (Foto)





