Hadisə

Kanalizasiyaya düşüb ölən Cümşüdə görə sahə rəisi məsuliyyətə cəlb edildi

20 Noyabr 2025 13:42
Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Baksol" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək həlak olan 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı açılmış cinayət işinin istintaqı yekunlaşıb.

Milli.Az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə hadisə ilə əlaqədar Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətləri üzrə qəza-bərpa sahəsinin rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb olunub.

Rəis həbs edilməyib, lakin məhkəməyə qədər onun barəsində "başqa yerə getməmək" qətimkan tədbiri tətbiq edilib.

İstintaq materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Gültəkin Əsədova tərəfindən araşdırılacaq.

Qeyd edək ki, Cümşüd Cümşüdlünün meyiti Suraxanı rayonu, Hövsan qəsəbəsindəki kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.