Ölkə

Nömrədəki defisə görə cərimə dövrü bitdi - QƏRARın FOTOsu

20 Noyabr 2025 14:02
Baxış: 1 280
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda avtomobil nömrələrində mühüm dəyişiklik edilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, bu yeniliklə bağlı müvafiq qərar artıq imzalanıb.

Qərara əsasən, AZS 599:2025 dövlət standartı çərçivəsində dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı "defis" işarəsi ləğv edilib. Beləliklə, bundan sonra avtomobil nömrələri daha sadə və vahid formatda təqdim olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl dövlət qeydiyyat nişanlarında yerləşən mikroçiplər də ləğv edilmişdi.

Əvvəllər rəqəm və hərflər arasındakı defis işarəsinin olmaması sürücülər üçün cərimə səbəbi hesab olunurdu. Yeni standartla bu problem aradan qaldırılır və sürücülər artıq inzibati məsuliyyətə cəlb edilməyəcəklər.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.