Siyasət

Rəsmi Bakı hərbi baza ilə bağlı məsələni Moskva ilə aydınlaşdırmalıdır - VİDEO

19 Aprel 2021 16:24
Baxış: 1 222

Rusiyanın Azərbaycanla sərhəddə hərbi baza açması gələcəkdə Azərbaycana qarşı yönələ bilər.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, rəsmi Bakı bu məsələni Moskava ilə aydınlaşdırmalıdır:

"Rusiya hərbi bazasının Azərbaycanla sərhədə köçürülməsini Ermənistan müdafiə naziri demişdi, lakin o, bunu təsdiq edilmiş məlumat kimi açıqlamamışdı. Amma bu dəfə baza ilə bağlı açıqlamanı Ermənistanı idarə edən birinci şəxs, yəni Baş nazir Nikol Paşinyan deyir. Bu, o deməkdir ki, Rusiya ilə Ermənistan arasında Azərbaycanla sərhəddə hərbi baza yaradılması istiqamətində danışıqlar gedir. Baş Qərargah rəisinin Moskvaya göndərilməsi də danışıqların artıq genişləndirilməsindən xəbər verir. Belə olan halda isə biz artıq bu məsələni rəsmi Yerevanla deyil, Rusiya ilə aydınlaşdırmalıyıq.  Çünki Rusiya vasitəçidirsə, bərabər məsafədə dayanmalıdır.  Hərbi bazanın niyə yaradılması və kimə qarşı olması barədə məlumat verilməlidir. Bu cür addımlar Azərbaycana qarşı yönələ bilər və bu da Rusiyanın bizə dost olmamasının təsdiqi ola bilər".  

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.