Ceyhun Bayramov İraq nümayəndə heyəti ilə görüşdü - FOTO
5 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırkı səfərin ölkələrimizin parlamentləri arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan və İraq arasında münasibətlərin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yatardığını bildirib.
İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri iki ölkə arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, beynəlxalq səviyyədə Azərbaycanın İraqa verdiyi dəstəyi, eləcə də Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla qeyd edib. Münaqişələrin həlli ilə bağlı İraqın beynəlxalq hüququn prinsiplərini hər zaman rəhbər tutduğu vurğulanıb.
İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistan tərəfindən törədilən dağıntılar, qeyri-qanuni fəaliyyət, çoxsaylı müharibə cinayətləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın həm işğal dövründə, həm də bu əraziləri məcburən tərk etmə mərhələsində azad olunan torpaqları geniş şəkildə mina ilə zəhərlədiyi, hərbi əməliyyatların dayandırılmasına rəğmən minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycan tərəfinə təqdim etmədiyi və beləliklə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam etdiyi İraq parlamentarilərinin diqqətinə çatdırılıb. Dünya dövlətlərinin bu məsələyə münasibətdə səssiz qalmamaları və Ermənistana ciddi təsir etmələrinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
-
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
"Samara" vəfat etdi - (Foto)
-
5 nəfərlik oğurluq şəbəkəsi ifşa olundu - (Video)
-
Seda Sayan: "Oğlumun evinə arvadından icazə alsa, gedə bilərəm"
-
“Nə çəkibsə, əcəb eləyib” - Fərhad Mehdiyev





