Siyasət

Londonda Azərbaycanla bağlı lövhələr quraşdırılıb - FOTO

30 May 2021 22:17
Baxış: 897

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup" və Britaniya Azərbaycanlıları Assosiasiyanın birgə təşkilatçılığı ilə London şəhərində 28 may - Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

Komitədən Milli.Az-a verilən məlumata görə, lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib. Lövhələrdə məlumatlar Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda yerləşdirilib.

Lövhənin qarşısından soydaşlarımıza müraciət edən diaspor fəalları Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər və "Yaşasın, Azərbaycan!" şüarını səsləndiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.