Siyasət

"Yeni müharibə yalnız ruslara sərf edərsə baş verə bilər" - Şimali Korolina Universitetinin mütəxəssisi

15 Mart 2021 18:00
Baxış: 1 768

"Qarabağda ermənilərin sayının kütləvi şəkildə azalacağını proqnozlaşdırmaq üçün ciddi səbəblər yoxdur".

Bunu Milli.Az-a açıqlamasında Şimali Korolina Universitetinin Konfliktologiya bölməsinin direktoru Əli Əsgərov deyib.

Ekspert bildirib ki, ermənilər indi Azərbaycan qanunları çərçivəsində daha yaxşı bir şəraitdə yaşaya bilərlər:

"Onlar rusların güvəncəsi altında özlərini təhlükəsizlikdə hiss edirlər. Dekabrin 1-dən bu yana çox zaman keçib. Müharibə xofu da yəqin ki, keçib gedib. Azərbaycan Qarabağla əlaqə üçün Laçın dəhlizindən icazə verməklə Ermənistanla bağ yaratmağa imkan yaradıb. Ruslar da öz hərbi qüvvəsi ilə bu işlərə nəzarət edir. Azərbaycanlılar dinc qonşuluq şəraitində, ərazi iddiası olmadan yaşayacaqlarsa ermənilərin Qarabağdan öz xoşları ilə çıxıb getmələrinə bir o qədər də əhəmiyyət vermirlər. 

Əslində ermənilər Qarabağda əvvəlkindən daha sağlam bir siyasi mövqe əldə ediblər. Onlar indi Azərbaycan qanunları çərçivəsində daha təhlükəsiz və daha yaxşı bir şəraitdə yaşaya bilərlər. Hazırda onları narahat edəcək heç bir məsələ yoxdur, çünki Rusiyanın sülhməramlıları da bölgədə fəaliyyət göstərir. Yeni bir müharibə isə yalnız ruslara sərf edərsə baş verə bilər".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.