Siyasət

"Postlardan çəkilin, Qafanı artıq veriblər" - Ermənistan Baş Prokurorluğu hərəkətə keçdi - VİDEO

15 Mart 2021 11:53
Baxış: 2 406

Xəbər verdiyimiz kimi ötən gün sosial şəbəkələrdə Ermənistan ordusunun Azərbaycanla sərhəddə, Qafan şəhəri ətrafındakı postlarından birində dayanan hərbçilərinin acınacaqlı vəziyyəti barədə qalmaqallı videorolik geniş rezonans doğurub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, həmin videoda acınacaqlı vəziyyətdə görünən hərbçi, rabitə əlaqələrinin, silahlarının olmadığını bildirir.

"Əmr verdilər, postlardan çəkilin, çünki Qafan artıq verilib. Üç tərəfdən türklərin (azərbaycanlı) postlarıdır. Onların hər postunda 50-60 nəfər var, bizə isə cəmi 9 nəfərik", - erməni hərbçilərindən biri belə deyib.

Qeyd edək ki, videorolikin yayılmasından sonra Ermənistan Baş prokurorluğu araşdırma başladıb, postun komandiri isə hərbi polisə çağırılıb.

Məsələ ilə bağlı Ermənistanın hüquq müdafiəçisi Ruben Melikyan bildirib ki, postun komandiri Artak Arutyunyan gecə yarısı hərbi polisə çağırılıb.

"Mən başa düşə bilmirəm ki, post komandirinin hərbi polisə çağırılması nəyə lazımdır. Çünki qaldırılan problem qismən də olsa yerli imkanları ilə həll edilə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.