Siyasət

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

11 Mart 2021 15:44
Baxış: 1 014

Sarkisyan, Köçaryan cütlüyü və onların idarə etdiyi müxalif qüvvələr İrəvanda xaotik vəziyyətin ciddiləşməsinin tərəfdarıdır. 

Ermənistan Prezidenti Armen Sarkisyanın Bakıya səfər etməsi və s. bu kimi feyk xəbərlərin yayılmasını da onlar təşkil edib. 

Milli.Az xəbər verir ki, bunu ARB24"ün "İş vaxtı" verilişinə açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib. O bildirib ki, bu qüvvələr Paşinyan hakimiyyətinin devrilməsində maraqlıdırlar:

"Ermənistan müxalifətinin və Qarabağ klanının əsas məqsədi odur ki, İrəvanda vəziyyət getdikcə gərginləşsin və təhlükəli vəziyyət yaransın. Onlar bundan istifadə edərək, hakimiyyət gəlmək istəyirlər. Bu səbəbdən həmin şəxslər istənilən dezinformasiyaların, feyk xəbərlərin yayılmasında maraqlıdırlar. 

Lakin Ermənistan cəmiyyəti birmənalı şəkildə müharibəyə qarşıdır və onlar müxalif partiyaların mitinqinə maraq göstərmədilər. Erməni xalqı müharibədən imtina edir və Azərbaycanla qonşuluq münasibətlərinə üstünlük verir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.