Siyasət

Kiyevdə Xocalı soyqırımı qurbanları yad edilib

2 Mart 2021 13:52
Baxış: 688

Ukrayna Azərbaycanlıları Radasının (UAR) bir qrup üzvü ölkəmizin Kiyevdəki səfirliyinin önündə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı təşkil olunmuş anım guşəsini ziyarət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, UAR-ın həmsədri Hikmət Cavadov və baş katibi Cəlal Hüseynovun rəhbərliyi ilə təşkilatın üzvləri Azərbaycan səfirliyinin önünə gələrək burada yaradılmış guşəyə gül dəstələri düzüblər və Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir iştirakçıları xalqımızın bu faciəni heç vaxt unutmayacağını bildiriblər. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün israrlı və yorulmaz şəkildə fəaliyyət göstərilməsinin, beynəlxalq birliyin günahkarların cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmasının vacib olduğu vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.