Siyasət

Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində ölkəsinə təhvil verildi

15 Dekabr 2020 21:47
1 Şərh     Baxış: 2 544

Bu ilin iyul ayında Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dekabrın 15-də əsir və girovların dəyişdirilməsi ilə bağlı əldə olunmuş qarşılıqlı razılaşmaya uyğun olaraq, Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində hər iki tərəfdən olan heyətlərin iştirakı ilə Ermənistana təhvil verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.