Siyasət

Azərbaycan Qarabağ kəhrizlərini hazırkı ağır durumdan xilas edəcək - İranlı tədqiqatçı

2 Dekabr 2020 09:47
Baxış: 877

Azərbaycan dövləti Qarabağ və ətraf rayonlardakı kəhrizləri hazırkı ağır vəziyyətdən xilas edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında İranda UNESCO-nun aparıcı su mərkəzi olan Beynəlxalq Kəhrizlər və Tarixi Hidravlik Quruluşlar Mərkəzinin baş tədqiqatçısı Məcid Ləbbaf Xaniki deyib.

M.Ləbbaf Xanikinin sözlərinə görə, Azərbaycanın bu kəhrizləri daha yaxşı vəziyyətə gətirmək üçün yetərincə potensialı var.

İranlı mütəxəssis bildirib ki, Azərbaycanın Bakı, Gəncə və Naxçıvan universitetlərində kifayət qədər peşəkar mütəxəssislər var: "Bu mütəxəssislər kəhrizlərin qazıntısı, onların qorunmasını çox yaxşı şəkildə bacarırlar. Əminəm ki, azərbaycanlı mütəxəssislər Dağlıq Qarabağda kəhrizlərin fəaliyyətini bərpa edəcəklər".

Mərkəz tədqiqatçısı qeyd edib ki, Azərbaycanın uzun tarixi köklərə sahib kəhrizləri var. Bəzi alimlər bu kəhrizlərin hətta ilk kəhrizlərdən olduğunu bildirirlər. Belə ki, Azərbaycanı kəhrizlərin beşiyi olan ölkələrdən adlandırmaq olar.

Ləbbaf Xaniki bildirib ki, Azərbaycanın kəhrizlərin qorunması və onların öyrənilməsi istiqamətində böyük addımları olub. Bu da tarixi və ekoloji abidələrin qorunmasına öz töhfəsini verməkdədir. Azərbaycan bununla əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.