Siyasət

"Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq" - Erməni əsgərindən etiraf

28 Noyabr 2020 12:50
Baxış: 3 481

Azərbaycan əsgərləri ilə döyüş zamanı elə təəssürat yaranırdı ki, sanki dəniz dalğaları ilə mübarizə aparırıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu erməni əsgərləri Rusiya mətbuatına müsasibəsində deyib.

Erməni əsgərlərdən biri azərbaycanlı döyüşçülərin yaylım atəşindən də qorxmadıqlarını bildirib:

"Mən topçu kimi xidmət göstərirdim. Vəzifəm hədəfə olan məsafəni, koordinatları təyin etmək idi. Elə təəssürat yaranırdı ki, sanki dəniz dalğası ilə döyüşürük. 400 nəfərdən ibarət kolonu görüb atəş açırdıq. Amma onların ardınca iki dəfə çox qüvvə gəlirdi. Əsgərin çiyninə güllə dəyir, o isə bunu hiss etmir. Terminator kimi üzərinə gəlməkdə davam edir. Əlbəttə, bu cür qüvvəyə qarşı tab gətirmək mümkün deyil".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.