Siyasət

Xarkovdakı Fəxri Konsulluğa silahlı hücumda erməni terror təşkilatları şübhəli bilinir - Prezidentin köməkçisi

7 Noyabr 2020 20:47
Baxış: 1 044

Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib: "Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdırlar. Hücumda erməni terror təşkilatları şübhəli bilinir, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Ukrayna səlahiyyətlilərinin hadisəyə operativ reaksiyasını yüksək qiymətləndiririk".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.