Siyasət

Azərbaycanın Su-25 təyyarəsinin vurulması ilə bağlı video saxta çıxdı - Rusiya KİV - VİDEO

2 Noyabr 2020 22:17
Baxış: 4 518

Dağlıq Qarabağ səmaları üzərində vurulan Azərbaycan Hava Qüvvələrinə məxsus hücum təyyarələri haqqında məlumatlar saxta çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "avia.pro" nəşri bildirib.

Qeyd olunub ki, Ermənistan media resursları guya Azərbaycanın Su-25 hücum təyyarəsinin Qarabağ səmaları üzərində vurulması haqqında saxta məlumatlar yayıb:

"Ermənistan Müdafiə Nazirliyinin saxta açıqlamalarına baxmayaraq, heç bir tutarlı sübut yoxdur və erməni KİV-lərinin yayımladığı video çoxdan hazırlanıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.