Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarının yaşayış yerlərinə zərbələr endirir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yazılıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarındakı yaşayış məntəqələrini hədəf alır: "Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəsə hörmətlə bağlı çağırışının ardınca baş verir!"
Milli.Az