Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyəti RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib: "Qarabağdakı vəziyyətin gedişinə xüsusi diqqət yetirilməklə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub".
İclasda, həmçinin Rusiyadaxili gündəliyə aid məsələlər də müzakirə edilib.
Milli.Az