Ermənistanın Bərdə rayonuna mənfur hücumu nəticəsində 3 dinc sakin həlak olub, 10 nəfər, o cümlədən qadın və uşaqlar yaralanıb.
Milli.Az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın hərbi cinayətləri davam edir:
"Bu gün Ermənistanın Müdafiə Nazirliyi bəyanat verib ki, onlar çox sərt zərbə endirəcəklər. Bununla onlar mülki şəxsləri, uşaqlar və qadınları nəzərdə tuturlar".
Milli.Az