Siyasət

Hikmət Hacıyev: "Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir"

22 Oktyabr 2020 10:13
Baxış: 1 692

Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ taktiki raketlər atıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

O bildirib ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfində olub: "Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.