Siyasət

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edildi - FOTO

5 Noyabr 2025 17:36
Baxış: 328

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə görüşüb.

Milli.Az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" hesabnda paylaşım edib.

"Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə strateji tərəfdaşlıq ruhunda səmərəli görüş keçirdim.

Biz əlaqələrimizi yeni sahələrdə - əlaqəlilik, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq istiqamətlərində dərinləşdirmək və genişləndirmək məsələlərini müzakirə etdik.

Həmçinin bu axşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladıq", - deyə paylaşımda qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.