İdman

Nərimanı ÇL-in iştirak ərizəsində kim əvəz edəcək?

11 Fevral 2026 19:07
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ təmsilçisi "Kolambus Kru"ya keçən Nəriman Axundzadənin gedişi ilə onun adı "Qarabağ"ın Çempionlar Liqası üçün iştirak ərizəsindən çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə siyahıda bir yer boşalıb. 

İndi maraqlı olan budur ki, N.Axundzadənin yerinə Ağdam klubu hansısa futbolçunu əlavə edəcək, yoxsa mümkün olmayacaq. 

Klubdan aldığımız məlumata görə, 22 yaşlı forvardın yerinə heç bir futbolçunun adı əlavə olunmayacaq.

Buna səbəb isə 2004-cü il təvəllüdlü Nərimanın "Qarabağ"ın yetirməsi kimi B siyahısında yer almasıdır. 

"Qarabağ" onun əvəzinə yalnız öz akademiyasından futbolçu əlavə edə bilər ki, bu da Çempionlar Liqası kimi turnirdə böyük önəm kəsb etmir.  

Ona görə də Nərimanı Çempionlar Liqası siyahısında kimsə əvəz etməyəcək. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.