Cəmiyyət

"Kinobox" və "Mahnı TV"yə lisenziya verildi

11 Fevral 2026 18:50
Baxış: 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda lisenziya üçün müraciətlərə baxılıb.

Milli.Az bu barədə şuraya istinadən xəbər verir.

Bildirilib ki, təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul edilib.

İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunmuşdur. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.

İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.