Cəmiyyət

Şəhər mərkəzində nizamsızlıq: Kim məsuliyyət daşıyır?

11 Fevral 2026 18:22
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xırdalan şəhərinin Heydər Əliyev prospektində fəaliyyət göstərən "Kristal" restoranın qarşısında yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub. 

Milli.Az xəbər verir ki, obyektin ön hissəsində avtomobillərin nizamsız şəkildə park edilməsi piyadaların rahat hərəkətinə maneə yaradır. Bu səbəbdən insanlar məcbur qalaraq avtomobil yoluna çıxmalı olurlar ki, bu da təhlükə yaradır.

Şəhərdə sıxlıq problemi yalnız bununla məhdudlaşmır. Xırdalanın əsas küçələrində nəqliyyat və piyada axını artıq ciddi çətinliklər yaradıb. Çoxmərtəbəli yaşayış binalarının artması və onların birinci mərtəbələrində fəaliyyət göstərən müxtəlif iaşə və ticarət obyektləri vəziyyəti daha da gərginləşdirir. Xüsusilə Heydər Əliyev prospektində tez-tez uzunmüddətli tıxaclar müşahidə olunur.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların müdaxilə etməsini və problemin aradan qaldırılması üçün konkret addımlar atılmasını istəyirlər. 

Aidiyyatı qurumdan isə məsələnin araşdırılıb cavab veriləcəyi bildirilib. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.