Cəmiyyət

Pensiya kapitalının bir hissəsini vaxtından əvvəl almaq mümkün olacaq

11 Fevral 2026 11:28
Baxış: 1 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vəfat edən vətəndaşların pensiya kapitalının bir hissəsinin vərəsələrinə ödənilməsi hazırda müzakirə olunan məsələlər sırasındadır.

Milli.Az xəbər verir ki, deputatlar hesab edir ki, sistem daha ədalətli formaya salınmalıdır. 

Millət vəkili Cavanşir Paşazadənin sözlərinə görə, həmin mexanizmə görə, pensiya alanların və o yaşa çatmayanların ayrılan təqaüdün 30 faizini öncədən vermək olar:

"Neft sahəsində işləyən şəxslərin maaşlarının bir hissəsi pensiyalarına köçürülür. Amma bəzən bu istifadəsiz qalır. Hansı ki bu, onun ailəsinə də köçürülə bilər". 

İqtisadçı Xalid Kərimli bildirib ki, buna görə özəl pensiya fondu yaradılmalıdır:

"Vətəndaş bilməlidir ki, özəl pensiya fondundan istifadə etmək üçün müəyyən məbləğ ödəməlidir. Yəni, həyat sığortasında iştirak eləmək üçün vətəndaş maaşının bir hissəsini bu fonda yığır. 3 il ərzində bu fonda ödəmə edir. Bu qanunvericilik qüvvəyə minərsə, vətəndaşın daha tez pensiya kapitalına çıxarışı təmin olunacaq". 

Ekspert qeyd edib ki, indiki pensiya sistemi dövlət büdcəsindən dəstək olmasa dayanaqlı deyil:

"Qanunvericiliyə əsasən, vətəndaşın topladığı pensiya kapitalı 144 aya bölünüb aylıq pensiya məbləği hesablanır. Sistem vətəndaşın 12 il yaşayacağını nəzərə alıb hesablayır. Əgər 12 ildən çox yaşasa vətəndaş yenə həmin pensiyanı almağa davam edir".

Aysel Əkbər
Milli.Az  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.