Cəmiyyət

İcra başçısına yeni müavin təyin olundu

11 Fevral 2026 18:46
Baxış: 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Milli.Az bildirir ki, "Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Nəzərov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə gətirilib.

O, eyni zamanda qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinə rəhbərlik edəcək. Sözügedən şöbəyə Sosial-iqtisadi məsələlər, informasiya təminatı təhlili sektoru və Memarlıq-tikinti məsələləri sektoru daxildir.

F.Nəzərov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Fuad Nəzərov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qayınıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.