İdman

“Qarabağ”da böyük rolu Qurban Qurbanov oynayır” - Koxalski

11 Fevral 2026 19:27
Baxış: 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski klubun uğur sirləri və baş məşqçi Qurban Qurbanovun iş metodları barədə danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 25 yaşlı qolkiper komandadakı yüksək tələbkarlıqdan söz açıb.

"Qarabağ"da böyük rolu Qurban Qurbanov oynayır. 17 ildir klubdadır. Çox tələbkardır, hücum futbolu və yüksək pressinq istəyir. Bəzən məşqlərdə qapıçıya geri ötürməyi qadağan edir. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, həmişə hücum etməliyik", - deyə o söyləyib.

Koxalski həmçinin klubun transfer siyasətini də yüksək qiymətləndirib:

"Klubun güclü skautinq sistemi var. Portuqaliyanın və ya Braziliyanın ikinci liqalarından istedad tapırlar. Hər kəs burada özünü göstərmək və daha güclü liqaya keçmək istəyir, ona görə heç kim yarım güclə oynamır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.