Siyasət

Baş Prokurorluq Qarabağa gedən əcnəbilərə müraciət etdi

19 Oktyabr 2020 13:08
Baxış: 1 022

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Milli.Az bildirir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunması tələb olunur.

https://www.youtube.com/watch?v=ky8aFxaMScE

https://www.youtube.com/watch?v=X_-4csubZmM

https://www.youtube.com/watch?v=Jx3U6wqBiNE

https://www.youtube.com/watch?v=uqzn9VNBzQg

https://www.youtube.com/watch?v=jptLT-Rb8k0

https://www.youtube.com/watch?v=4syuUXhDIkE

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.