Siyasət

Lavrov və Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər

30 Sentyabr 2020 21:35
Baxış: 1 589

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata məsasən, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulanıb və bütün ölkələri maksimum təmkinli olmağa çağırış edilib:

"Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə edilib. Münaqişə tərəflərinin və digər ölkələrin maksimum təmkin göstərmələri üçün dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulandı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.