Siyasət

Gürcü ekspert: Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır

30 Sentyabr 2020 20:27
Baxış: 987

Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə gürcü ekspert, professor Elquca Kavtaradze deyib.

O bildirib ki, Dağlıq Qarabağ erməni qoşunları tərəfindən işğal olunub:

"Ona görə də Azərbaycan beynəlxalq hüquq baxımından öz tarixi torpaqlarını qaytarmaq hüququna sahibdir. Yəni, Ermənistan Azərbaycana qarşı heç bir iddia irəli sürə bilməz. Ermənistan hökuməti heç vaxt münaqişənin həll ilə bağlı konstruktiv mövqe tutmayıb".

Ekspert hesab edir ki, siyasi baxımdan Gürcüstan Azərbaycanı dəstəkləyir, eyni zamanda rəsmi şəxslər hər iki tərəfi danışıqlar masasına oturmağa çağırır:

"Əgər hər iki tərəf danışıqlar masasına otursa, bunu Gürcüstanda etmək məqsədəuyğun olar. Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır. İşğal olunmuş əraziləri öz sahibinə, Azərbaycana qaytarmaq lazımdır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.