Siyasət

Anna Akopyanın Dağlıq Qarabağda qadınları hərbi təlimlərə cəlb etməsi təxribatdır - Türkiyəli Politoloq

4 Sentyabr 2020 17:07
Baxış: 1 049

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşkilatının müəllifi Anna Akopyanın təşəbbüsü ilə erməni qadınlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi təlim keçmələri, tərxibatdır.

Milli.Az bildirir ki, bunu Trend-ə xarici siyasət üzrə türkiyəli ekspert, "DailySabah" və "Superhaber" qəzetlərinin yazarı Merve Şebnem Oruç bildirib.

O qeyd edib ki, Nikol Paşinyanın baş nazir olmadan öncə Azərbaycan və Türkiyə ilə dialoqa hazır olmasını söyləməsinə baxmayaraq baş nazir olduqdan sonra yürütdüyü siyasət bunun tam əskini göstərdi və təzadlı olduğunu göstərdi.

"Bilindiyi kimi, Paşinyan bundan əvvəl işğal altından olan Dağlıq Qarabağa səfər etmişdi və Qarabağdan səsləndirdiyi fikirlər də narahat edici və provakativ idi. Akopyan da bu təxribatı davam etdirir" deyə , Merve Şebnem Oruç bildirib.

O qeyd edib ki , Anna Akopyanın hərbi formada xaricə verdiyi mesaj da diqqətdən qaçmamalıdır.
"Bilindiyi kimi bir müddət bundan əvvəl dört senatorun Dağlı Qarabağı "müstəqil dövlət" ikimi tanınması haqda məktubu yayımlanıb ki, bu çox utanc verici bir haldır. Ayrıca bu onu göstərir ki , son dönəmdə ABŞ-dakı erməni lobbisi daha aktiv fəaliyyətə başlayıb" deyə politoloq qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.