Siyasət

Prezident İlham Əliyev Slovakiyanın dövlət başçısını təbrik edib

31 Avqust 2020 15:37
Baxış: 576

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Slovakiya Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.