Siyasət

Milli Məclisdə yenilik: Parlamentin görüş və iclas salonlarına adlar verildi - FOTO

27 Avqust 2020 14:57
Baxış: 795

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında sərəncam imzalayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib.

İclas salonları müvafiq olaraq "İstiqlal", "Respublika", "Qarabağ", "Xəzər" və "Xarı bülbül" bağı, görüş otağları isə "İpək yolu" və "Odlar yurdu" olaraq adlandırılıb.

Bununla yanaşı, bildirmək istəyirik ki, Milli Məclisin inzibati binasında deputatların fəaliyyəti üçün müasir texnologiyaların nailiyyətlərindən istifadə etməyə imkan verən plenar İclas zalı və müstəqil Azərbaycanın memarı olan ümumilli liderin adını daşıyan, müxtəlif eksponatlara və nəşrlərə malik Heydər Əliyev xatirə zalı fəaliyyət göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.