Siyasət

Azərbaycan Xarici İşlər naziri Gürcüstana başsağlığı verdi

24 Avqust 2020 16:08
Baxış: 1 159

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə əlaqədar Gürcüstana başsağlığı verib.
 
Milli.Az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "Twitter" hesabında qeyd edib. 
 
"Gürcüstanın Duşeti bələdiyyəsindəki Şatili şosesində baş verən faciəli yol qəzası bizi çox kədərləndirdi. Qəzada həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Dost Gürcüstan xalqına dəstəyimizi və həmrəyliyimizi ifadə edirik!" - XİN başçısı qeyd edib.
 
Xatırladaq ki, Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobus 80 metrə yaxın hündürlükdən dərəyə aşıb və nəticədə 17 nəfər həlak olub. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.