Siyasət

"Dəniz kuboku" yarışları bizim dostluq və dəniz qardaşlığımızın rəmzidir - Vitse-admiral

24 Avqust 2020 11:46
Baxış: 1 400

"Dəniz kuboku" yarışları bizim dostluq və dəniz qardaşlığımızın rəmzidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Rusiya Hərbi Dəniz Donanmasının (HDD) komandınının müavini vitse-admiral Vladimir Kasatonov deyib.

Onun sözlərinə görə, dünyada pandemiyanın tüğyan etməsinə baxmayaraq, yarışın keçirilməsinə qərar verilib:

""Dəniz kuboku" yarışları bizim dostluq və dəniz qardaşlığımızın rəmzidir. Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk. Yenidən bu gözəl ölkəyə səfər etdiyimiz üçün çox şadıq".

V. Kasatonov vurğulayıb ki, yarışların şərtləri ildən-ilə inkişaf edir: "Hesab edir ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək, uzun illər davam edəcək və bizim dostluğumuzu gücləndirəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.