Siyasət

Ceyhun Bayramov türkiyəli həmkarina zeng edib

22 Avqust 2020 18:22
Baxış: 941

Bu ilin 22 avqust tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğluna telefon zəngi edib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov Türkiyənin Qara Dənizdə zəngin qaz yatağını kəşf etməsi münasibətilə səmimi təbriklərini həmkarının diqqətinə çatdırıb.

Dünya enerji bazarında etibarlı tranzit ölkəsi kimi tanınan Türkiyənin bundan sonra mühüm enerji istehsalçısı kimi çıxış edəcəyi və beləliklə də, bölgədə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

Türkiyənin tarixindəki ən böyük təbii qaz kəşfinin Türkiyə dövlətinin və Türkiyə xalqının rifahı və tərəqqisinə xidmət edəcəyindən əminlik ifadə olunub.

Nazirlər iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin səmərəli şəkildə inkişafının bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.