Siyasət

Azərbaycan həqiqətləri Almaniyada geniş ictimaiyyətə çatdırıldı - FOTO

21 Avqust 2020 18:44
Baxış: 636

Avqustun 20-də Milli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, tədbirdə Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti haqqında geniş məlumat verilib. Ermənistanın Azərbaycan ərazilərini qanunsuz zəbt etməsi, ölkəmizin 20 faiz torpaqlarının işğal altında qalması, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günə qədər Ermənistan tərəfindən icra edilməməsi diqqətə çatdırılıb.

Görüşdə cari ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni tərəfinin törətdiyi təxribat barədə danışılıb. Yaranmış qarşıdurma nəticəsində şəhid olan hərbi qulluqçularımız haqqında məlumat verilib, onların əziz xatirəsi yad edilib.

Tədbir iştirakçıları Azərbaycana öz həmrəyliyini nümayiş etdirərək, Ermənistanın işğalçılıq siyasətini birmənalı olaraq pisləyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.