Siyasət

Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

14 Avqust 2020 17:13
Baxış: 910

Bu ilin 14 avqust tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən Milli.Az-ə verilən məlumata görə, Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub.

Səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Ceyhun Bayramov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.