Siyasət

Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

13 Avqust 2020 16:40
Baxış: 1 623

Türkiyə ilə Azərbaycan eyni millət, eyni din, dil və mədəniyyətə sahibdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı deyib.

O bildirib ki, Türkiyə Ordusu dünyanın ən güclü ordularından biridir:

"Bəxtimiz onda gətirib ki, biz bu güclü ordu ilə təcrübə bölüşürük. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü Suriyada, İraqda, Liviyada göstərib. İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.