Siyasət

Həmsədrlər sabah Moskvada görüşəcəklər

21 Aprel 2010 16:10
Baxış: 194
Həmsədrlər bu gün Bakıda bir-birləri ilə danışıqlar apararaq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair son vəziyyəti müzakirə ediblər. Minsk qrupunun amerikalı və rusiyalı həmsədrləri Bakıya səfərlərinin yekunu ilə bağlı bu gün Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlər üçün brifinq keçiriblər. Amerikalı həmsədr bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Moskvada tam tərkibdə müzakirələr aparacaqlar. Görüşdə Qarabağ problemi ilə bağlı növbəti addımlar müzakirə olunacaq. Fransalı həmsədr Bernar Fasye də görüşdə iştirak etmək üçün Moskvaya gələcək.

Qeyd edək ki, həmsədrlərin Azərbaycana bu dəfəki səfəri prezident İlham Əliyevin onları ayrı-ayrılıqda qəbul etməsi ilə yadda qalıb. Belə ki, dünən əvvəlcə Bakıya ilk gələn Yuri Merzlyakov və yeni rusiyalı həmsədr prezident İlham Əliyevin qəbulunda olublar. Daha sonra isə Bakıya gələn amerikalı həmsədr Robert Bradtke dövlət başçısının qəbulunda olub.

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin Azərbaycana hansı səbəbdən gəlməməsi də məlum olub. Fransalı həmsədr bu günlərdə İslandiyada vulkan püskürməsi və bu səbəbdən Avropada təyyarələrin uçuşlarında problemlərin yaranması ilə əlaqədar olaraq ATƏT-in digər vasitəçiləri ilə birgə Bakıya səfər edə bilməyib.

ANS PRESS

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.