Siyasət

Əli Hüseynli: "Qiyamı törədən qüvvələrlə qiyamın qarşısını almağa çalışanlar eyni cinayəti törədib"

5 İyun 2020 12:13
Baxış: 1 006

Son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirləri və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib: "Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Məlum hadisələr o zamankı hakimiyyətdə olan 17 nəfərin səhvi üzündən baş verib. Tarixi həqiqət ondan ibadətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışanlar eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.