Siyasət

Tonoyan Azərbaycanla sərhədə gəldi: yeni təxribat hazırlığı?

23 Aprel 2020 19:14
0 Şərh     Baxış: 2 425

Ermənistanın müdafiə naziri David Tonoyan dünən Azərbaycanla sərhədə gəlib.

Milli.Az xəbər verir ki, Tonoyan Azərbaycanla sərhədin cənub-qərb istiqamətində yerləşən hərbi hissəyə baş çəkib, postları yoxlayıb.

Tonoyan erməni əsgərlərin xidmət səviyyəsini və müdafiə istehkamlarını yoxlayıb. Hətta əsgərlərlə birgə tankın üzərində gəzib. Amma qarlı havada əsgərlərdən fərqli olaraq, onun qalın gödəkçənin üzərində əyləşdiyi də diqqətdən yayınmayıb.

Son dövrlər erməni hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədində intensiv təxribatlara əl atması fonunda Tonoyanın səfəri diqqət çəkir. İstisna deyil ki, erməni müdafiə naziri yeni təxribatların hazırlığı üçün sərhədə baş çəkib./Publika.az

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.