Siyasət

Bolqarıstan KİV-ləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barəsində yazdı - FOTO

2 Aprel 2020 19:29
0 Şərh     Baxış: 896

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 mart - Azərbaycanlıların soyqırımı Bolqarıstanın informasiya məkanında da işıqlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bolqarıstanın Təhlükəsizlik və İqtisadiyyat üzrə Ali Məktəbinin Qara Dəniz və Xəzər Dənizi regionunun Problemləri üzrə Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşunaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə tərəfindən yazılmış "31 mart 1918-ci ildə Azərbaycanda nə baş verib? Hadisələr və onların nəticələri.." adlı məqaləsini dərc edib.

Məqalədə I Dünya muharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış geosiyasi vəziyyət fonunda azərbaycanlıların milli hüquqlar uğrunda mübarizəsinə bolşeviklər tərəfindən göstərilən müqavimət qeyd olunaraq Qafqazda özünə dövlət qurmağa çalışan erməni-daşnak qüvvələrinin 1918-ci ildə Bakı və Azərbaycanın regionlarında azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə bəhs edilir. Qırğınların həyata keçirilməsi zamanı mümkün müqavimətin qarşısının alınması üçün Bakı Soveti və Erməni Milli Şurası tərəfindən aparılmış hazırlıqlar təsvir edilir, soyqırım zamanı Bakıda 10-12 min, Şamaxıda 8 mindən çox, Qubada 36 mindən çox, İrəvan quberniyası və ətraf bölgələrdə 131 mindən çox insanın qətlə yetirildiyi, azərbaycanlıların tarixən yaşadıqları və mütləq əksəriyyət təşkil etdikləri Zəngəzur, İrəvan quberniyası və Qars əyalətində ümumilikdə təqribən 418 kəndin yerlə yeksan olunduğu bildirilir. Məqalə müəllifi qırğınlarda Stepan Şaumyan, Andranik Ozanyan, Qareqin Ter-Arutyunyan Nijde və digər ermənilərin qanlı fəaliyyəti barədə ətraflı bəhs edərək qırğınların azərbaycanlıların düşünülmüş və sistematik şəkildə, tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini bildirir.

Arxiv sənədlərə və qırğınların canlı şahidləri olmuş müxtəlif millətlərin nümayəndələrinin ifadələrinə istinad edilərək qətliyamın əvvəlcədən planlaşdırıldığı qeyd edilir və soyqırımın hansı vəhşiliklə törədildiyi təsvir edilir. Sonda XX əsrin sonlarında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin təkrarən törədildiyi qeyd olunaraq 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda Xocalı şəhərinin əhalisinə qarşı Ermənistan tərəfindən həyata keçirilmiş ağır vəhşiliklər xatırladılır.

E.Kəlbizadənin sözü gedən məqaləsi həmçinin Bolqarıstanın aparıcı informasiya agentliklərindən olan "Focus" agentliyinin internet səhifəsində və "Azad Millət" ("Свободен народ") onlayn xəbər portalında dərc edilib. "Focus" agentliyinin internet səhifəsinin "31 mart günü dünya tarixində" adlı bölməsində də 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə məlumat verilmişdir.

Bundan əlavə, məqalə "KırcaaliHaber" qəzetinin internet buraxılışı və www.bghaber.org portalının internet səhifələrində bolqar və türk dillərində əks olunub. "KırcaaliHaber" qəzetinin internet buraxılışında həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı ingilis dilində bəyanatı yayımlanmışdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.