Siyasət

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı məlumat yaydı

26 Fevral 2020 12:56
0 Şərh     Baxış: 938

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının ildönümü ilə məlumat yayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur:

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri Ermənistan ordusunun silahlı dəstələri Azərbaycanın torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərin hücumu nəticəsində şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb.

Azərbaycan ərazilərinin işğalı, o cümlədən mülki əhaliyə qarşı edilən qeyri-insani hücum nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk edərək öz ölkələrində qaçqın kimi yaşamağa məcbur olub.

Hazırda Azərbaycan ərazisinin iyirmi faizi işğal altındadır.

Xocalıda törədilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını pisləyirik".

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib - dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər "soyqırımı" anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.