Siyasət

Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib

22 Fevral 2020 16:54
Baxış: 883

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Azərbaycan-Bruney dostluq və əməkdaşlıq əlaqələrinin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, Bruney xalqına sülh və rifah diləyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.