Siyasət

MSK 9 nəfərin deputatlığa namizədliyini bərpa edib, iki nəfərin namizədliyi ləğv olunub

8 Fevral 2020 16:03
Baxış: 1 076

Mərkəzi Seçki Komissiyasına daxil olan 47 müraciətin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmş mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, 9 nəfərin namizədliyi bərpa olunub. O qeyd edib ki, 2 nəfərin ikili vətəndaşlığı olduğuna görə namizədliyi ləğv edilib: "Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5 nəfərinin namizədliyi qanunvericiliyə görə qeydə alına bilməyib. 13 nəfər isə əmlakla bağlı məlumatları səhv verdiyinə görə qeydə alınmayıb". M.Pənahov bildirib ki, MSK əmlakla bağlı yalnış məlumat verildiyi halda namizədliyi bərpa edə bilmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.