Siyasət

Deputatlığa namizədliyini geri götürənlərin sayı 313 nəfərə çatıb

2 Fevral 2020 10:28
0 Şərh     Baxış: 1 482

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Milli.Az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 313 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Başqa sözlə, fevralın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 1 nəfər namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.