Siyasət

Səfir: "İsrail Azərbaycanın nasizmlə mübarizəyə töhfəsini yüksək qiymətləndirir"

24 Yanvar 2020 12:17
Baxış: 679

"Azərbaycan həqiqətən də İsrailə dost ölkədir. Ölkələr arasındakı dostluq münasibətləri İsraildə hər kəs tərəfindən alqışlanır. Bu il martn 2-də İsraildə parlament seçkiləri keçiriləcək və mən əminəm ki, nəticələrdən asılı olmayaraq münasibətlər çiçəklənməkdə davam edəcək, çünki bu strateji xarakter daşıyır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

Səfir xatırladıb ki, 2019-cu il dekabrın 25-də öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib:

"Həmin gün mən İsrailə dost olan ölkədə vəzifələrimin icrasına başladım. Azərbaycan müxtəlif millət və dinlərin sülh və təhlükəsizlik şəraitində yaşadığı ölkədir. Bu dövlətin əsasında tolerantlıq və qarşılıqlı hörmət dayanır. Qeyri-sabit regionda Azərbaycan və İsrail sülh, sabitlik və təhlükəsizliyin dayağıdır".

Səfir əlavə edib ki, İsrail Azərbaycanın nasizmlə mübarizəyə töhfəsini yüksək qiymətləndirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.